Vikipediya Heftenin Secilmis Meqalesi 2 Hefte 2016 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 2 Hefte 2016 - Wikipedia - Haqqında Məlumat
[[Fayl:|left|150px]] Müqəddəs Mark kafedralı — Qərbi Avropada bizans memarlığının nadir nümunəsi və Venesiya şəhərinin dini mərkəzlərindən biri. 1807-ci ilədək bu kafedral kilsə şəhərin ali rəhbərləri olmuş dojların saray kilsəsi kimi fəaliyyət göstərirdi. 1808-ci ildə I Napoleonun xahişi ilə Venesiya patriarxının iqamətgahı San-Pyetro-di-Kastello kilsəsindən buraya köçürülür və bina nəhayət "kafedral" statusunu əldə etmiş olur. Bina Müqəddəs Mark meydanında, Dojlar sarayının yaxınlığında yerləşir.
Bizans üslubunda hazırlanan çoxsaylı mozaikalarla bəzədilmiş bu kafedral, səlib yürüşləri zamanı Konstantinopol şəhərindən qənimət kimi Venesiyaya gətirilmiş Həvari Markın nəşinin və çoxlu qiymətli incəsənət əşyalarının saxlandığı yerdir. 1987-ci ildə Müqəddəs Mark kafedralı Venesiyanın bir çox digər abidələri ilə birlikdə YUNESKO-nun Ümumdünya irs obyektləri siyahısında daxil edilmişdir. Birinci bazilika 31 yanvar 829-cu ildə İsgəndəriyyə şəhərindən Venesiyaya gətirilmiş müqəddəs həvari Markın qalıqlarının yerləşdirilməsi üçün inşa edilmişdir. (Davamı...) |