Vikipediya Heftenin Secilmis Meqalesi 20 Hefte 2014 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 20 Hefte 2014 - Wikipedia - Haqqında Məlumat
Dünyəvi zövqlər bağı — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir addır. Əsərin orijinal adı itirilib, İspaniya kralı IV Filippin tərtib etdirdiyi invertarda əsər La Pintura del Madrono adlandırılıb.
Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bosxun dəqiq doğum tarixi bilinmir, hesablamalara görə 1450-ci il olması güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. |