Vikipediya Heftenin Secilmis Meqalesi 23 Hefte 2011 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 23 Hefte 2011 - Wikipedia - Haqqında Məlumat
Coser ehramı — Coser ehramı − pilləli ehram olub daş tikililərin günümüzə çatan ən qədimlərindən olub, doqquz ən hündür ehramdan biri sayılır. İmhotep tərəfindən Sakkarada məqbərə məqsədilə firon Coserin şərəfinə təqribən e.ə. 2650-ci ildə tikdirilmişdir. Ehram Coserin şərəfinə tikilsə də burada onun bütün ailə üzvüləri - arvadları, uşaqları dəfn edilmişdir.
Coser ehram kompleksi ilk dəfə 1821-ci ildə Prussiya baş konsulu Haynrix Menu Frayherr von Minutoli və italyan mühəndisi Cirolanio Seqato tərəfindən tədqiq edilmişdir. Bu zaman ehram kompleksinin giriş hissəsi aşkar edilmişdir. Həmin giriş hissəsində bir küncdə mumiya qalıqları: qızıla tutulmuş kəllə və ayaq pəncəsi tapılmışdır. Firona məxsusluğu təxmin edilən mumiya qalıqlarını von Minutoli gəmi ilə Hamburqa gətirərkən gəminin batması nəticəsində itmiş olur. 1837-ci ildə John Shae Perring digər sonrakı dövrlərə aid olan məzarlıqları və ehram qalereyasını aşkar edir... (Davamı...) |