Vikipediya Heftenin Secilmis Meqalesi 23 Hefte 2013 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 23 Hefte 2013 - Wikipedia - Haqqında Məlumat
İçəri Şəhər — Bakı şəhərinin tarixi mərkəzi.
Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hal-hazırda həm yaşayış məhəlləsi, həm də tarix-memarlıq kompleksidir. İçəri Şəhər kompleksi Xəzər dənizinin sahillərində, alçaq təpədə salınıb. Yaşayış məskəni hündürlüyü 8-10 metr, eni 3,5 metr olan divarla əhatə olunmuşdur. Sahəsi 22 hektar olan ərazidə yerləşir. |