Vikipediya Heftenin Secilmis Meqalesi 24 Hefte 2015 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 24 Hefte 2015 - Wikipedia - Haqqında Məlumat
Sonuncu şam yeməyi — XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən, hamisi Lodoviko Sforsa və onun xanımı Beatriçe d'Este üçün yaradılmış divar rəsm əsəri.
Əsərin mövzusu İohannın İncilində (13:21) təsvir edilmiş İsa peyğəmbərin öz həvariləri ilə keçirdiyi sonuncu şam yeməyi mövzusundan götürülmüşdür. İsa həmin yemək zamanı on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirmişdi. Sonuncu şam yeməyi əsərinin iki erkən nüsxəsi mövcuddur ki, onların Leonardonun hansısa tələbəsinə aid olması güman edilir. Nüsxələr demək olar ki, orijinalla eyni ölçülərə malikdirlər və əsərdən fərli olaraq kağız üzərində olan erkən nüsxələrdə bəzi xırda detallar xarab olmadan, dəqiqliklə dövrümüzə çatmışdır. |