Vikipediya Heftenin Secilmis Meqalesi 25 Hefte 2011 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 25 Hefte 2011 - Wikipedia - Haqqında Məlumat
Bakı döyüşü — 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında olmuş döyüş. Sonradan döyüşə Böyük Britaniya-Ermənistan-Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kompaniyasının son döyüşü olmuşdur. Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir.
Qafqaz İslam Ordusunu Şamaxını ələ keçirməsindən sonra Bakıdakı Xalq Komissarları Soveti və Şaumyan bütün ümidini Rusiyadan köməyə gələcək hərbi qüvvələrə bağlamışdı. Lenin iyulun ortalarından etibarən silah və ləvazimat yardımını artırdı. (Davamı...) |