Vikipediya Heftenin Secilmis Meqalesi 25 Hefte 2016 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 25 Hefte 2016 - Wikipedia - Haqqında Məlumat
Tüklü mamont — nəsli kəsilmiş fil cinsi Mammuthus üçün ümumi ad hesab edilən mamontun bir növü. Tüklü mamont Pliosen dövründə Mammuthus subplanifrons ilə başlayan mamont növləri sıralamasının axırıncı nümayəndələrindən biridir. M. primigenius Şərqi Asiyada 200 min il bundan əvvəl çöl mamontundan (M. trogontherii) törəyib. Onun yaxın qohumu Asiya filidir.
Bu canlının görünüşü və davranışı kəşf edilmiş skelet, dişlər, mədə hissələri, peyin və ibtidai icma quruluşuna aid mağara rəsmlərindəki həyat təsvirləri ilə bərabər Sibir və Alyaskadakı donmuş cəmdəklərin kəşfinə görə də ibtidai icma quruluşunda yaşamış heyvanlar arasında ən yaxşı öyrənilmişidir. Avropalılar XVII əsrdə mamont haqqında öyrənməzdən əvvəl Asiyada mamont qalıqları tanınırdı. Bu qalıqların mənbəyi müzakirə mövzusu olub və əsasən əfsanəvi məxluqun qalıqları olaraq izah edilib. Mamont 1796-cı ildə Corc Kuvier tərəfindən filin nəsli kəsilmiş növü hesab edilib. (Davamı...) |