Vikipediya Heftenin Secilmis Meqalesi 27 Hefte 2017 - Wikipedia
Azərbaycan mədəniyyəti — Azərbaycanda yaşayan xalqların və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. Azərbaycanda mədəniyyətin inkişafına tarixən regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqi Qərblə birləşdirən ərazidə yerləşməsi təsir edib.
XIV-XV əsrlərdə Azərbaycanda yaşıyan əsas xalqın — Azərbaycan türk etnosunun formalaşmasıyla Azərbaycan mədəniyyəti inkişaf edir. Stabil mərkəzləri olmayan bu mədəniyyəti bəzi dövrlərdə Osmanlı mədəniyyətindən fərqləndirmək çətindir. XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşır: Cənubi Azərbaycan və Aşağı Qarabağ. XVI-XVIII əsrlərdə bu mədəniyyət mərkəzlərinin formalaşması başa çatır. XIV-XV əsrlərdə Azərbaycan mədəniyyətinin mənbəyindən danışılanda yadda saxlanmalıdır ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətin digər hissələri ayrılmaz surətdə dil ilə bağlıdır. Maddi mədəniyyət isə əhalinin türkləşməsindən əvvəl ortaya çıxmışdır. Müstəqil olduqdan sonra Azərbaycan mədəniyyətinin İran mədəniyyəti və Ərəb mədəniyyəti ilə güclü əlaqələri saxlanmışdır. Onların ortaq dini və ortaq mədəni-tarixi ənənələri vardır. |