Vikipediya Heftenin Secilmis Meqalesi 28 Hefte 2017 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 28 Hefte 2017 - Wikipedia - Haqqında Məlumat
Azadlıq heykəli — və ya “Dünyanı işıqlandıran azadlıq” (ing. The Statue of Liberty, Liberty Enlightening the World; fr. La Liberté éclairant le monde) – Nyu-York, Manhettendə, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəldir. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-a hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir.
O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın və ABŞ-ın simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır. Bartoldi, 1865-ci ildə ona ABŞ-nin azadlığının elan edilməsinə həsr ediləcək abidənin Fransa və Amerika xalqlarının ortaq layihəsi olmalı olduğunu deyən fransız professor və siyasətçi Eduard Rene de Labuledən təsirlənmişdir. |