Vikipediya Heftenin Secilmis Meqalesi 29 Hefte 2017 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 29 Hefte 2017 - Wikipedia - Haqqında Məlumat
Malurus elegans — sərçəkimilər dəstəsinin Maluridae fəsiləsindən quş növü. Köçəri deyil və Qərbi Avstraliyanın cənub-qərb hissəsinə endemikdir. Cinsi deformizmin müşahidə olunduğu bu növün erkək fərdləri çoxalma dövründə parlaq gümüşü-göy təpə, qulaq örtüsü və bel lələkləri ilə qırmızı çiyin lələkləri və qara boğaz, boz-qəhvəyi quyruq, qanad ilə soluq alt lələklərdən ibarət diqqətçəkən lələklərə sahibdir. Çoxalma dövründən xaric erkək və dişi fərdlər boz-qəhvəyi lələklərə malik olurlar, amma bəzən erkəklərdə qara və göy lələklər də müşahidə olunur.
Yarimnövləri yoxdur. Malurus lamberti və Malurus pulcherrimus növlərinə çox oxşar və yaxından əlaqəlidir, amma yaşadıqları yerlərdə keçid formaları tapılmadığı üçün ayrı növ kimi təsnif olunurlar. Saylarının azalmasına dair bir neçə məlumat əldə edilmişdir. Dar dimdikli bir quş olan bu növ cücüləri ovlamaq üçün adaptasiya olmuş növdür və cücüyeyəndir. Əsasən Eucalyptus marginata ağaclarından ibarət mülayim və nəm meşələrdə kollarda bəslənir və yaşayır. Malurus cinsinin digər növlərinə xas olan xüsusiyyət kimi bu növün ancaq dişi fərdləri balaların qayğısına qalır. |