Vikipediya Heftenin Secilmis Meqalesi 3 Hefte 2011 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 3 Hefte 2011 - Wikipedia - Haqqında Məlumat
İnsan ürəyi — döş qəfəsində yerləşən, təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə - ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır. İnsan ürəyi yastılaşmış konusabənzər əzələvi bir üzv olub, döş qəfəsində, ağciyərlərin arasında asimmetrik bir vəziyyətdə yerləşmişdir. Bunun iki ucu, iki səthi və iki kənarı vardır; enli ucu - əsası - (lat. basis cordis) yuxarı, sağ və dala; sivri ucu - zirvəsi - (lat. apex cordis) aşağı, sola və qabağa baxır; beləliklə ürəyin boylama oxu çəp istiqamətdə, yuxarıdan aşağı, sağdan-sola və arxadan önə doğru gedir. (Davamı...) |