Vikipediya Heftenin Secilmis Meqalesi 3 Hefte 2016 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 3 Hefte 2016 - Wikipedia - Haqqında Məlumat
Sünik — Cənubi Qafqazda tarixi-coğrafi region. I Artaşesin hakimiyyəti dövründə (e.ə. 189 – 160) ermənilər tərəfindən ələ keçirilən Sünik, b.e. 387-ci ilində Ermənistanın Bizans və Sasanilər arasında bölünməsinə kimi Böyük Ermənistanın doqquzuncu vilayətini təşkil etmiş, 387-ci ildən sonra Sasanilərin tərkibində gah Qafqaz Albaniyasından, gah da Atropatenadan asılı olmuşdur. “VII əsr Ermənistan coğrafiyası”na görə Sünik 12 vilayətdən ibarət olmuşdur. Sünikin cənubu mənbələrdə həm də Zəngəzur kimi qeyd edilir.
387-ci ilə kimi Ermənistan ordusuna başçılıq edən bdeşx-sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar. Mərzban Ermənistanı dövründə Sünik knyazları İberiyaya da nəzarət etmişlər. Artıq VI əsr mənbələrində Sünikin nestorian mövqeyi tutan Ermənistandan siyasi və dini baxımdan ayrılması qeyd edilir. Sasanilərin bilavasitə vassalı sayılan Sünik, həm də, siyasi baxımdan Mehranilərdən asılı olmuşdur. Albaniyanın böyük knyazı Cavanşir Sünik knyazının qızı ilə evlənərək, onların ailəsi ilə qohumluq münasibətləri yaratmışdı. Ərəb Xəlifəsi I Müaviyyə Süniki Cavanşirin tabeliyinə vermişdi. IX əsrdə Arranda ərəblərdən asılı knyazlarlıqlar arasında Sünik knyazlığı da vardı. |