Vikipediya Heftenin Secilmis Meqalesi 3 Hefte 2020 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 3 Hefte 2020 - Wikipedia - Haqqında Məlumat
1981-ci il irland aclıq aksiyası — Şimali İrlandiyadakı konflikt zamanı irland respublikaçılar tərəfindən həyata keçirilən 5 illik etirazların kulminasiya nöqtəsidir. Etirazlar 1976-cı ildə "adyal etirazları" ilə başladı. Bu zaman Britaniya hakimiyyəti Şimali İrlandiya münaqişəsi zamanı həbs olunmuş şəxslərə əvvəllər tətbiq etdiyi Xüsusi Kateqoriya Statusu anlayışını ləğv etmişdi. Bu nəzərdə tutulmuş məhbuslara yarıhərbi, siyasi status təmin edirdi.
Bu statusun məhbusların əlindən alınması 1978-ci ildə "təmizlənməmə etirazları"na səbəb oldu. Etirazçılar yuyunmağa getməyi və öz hücrələrini tərk etməyi rədd edir, öz nəcislərini divarlara sürtürdülər. 1980-ci ildə 7 məhbus ilk aclıq aksiyasına başladı. Bu aksiya 53 gün davam etmişdir. İkinci aclıq aksiyası 1981-ci ildə başladı. Bu aksiya Böyük Britaniyanın baş naziri Marqaret Tetçer ilə məhbuslar arasında güc nümayişinə çevrilmişdi. Aksiyanın iştirakçılarından biri olan Bobbi Sends aksiyanı davam etdirdiyi müddətdə parlamentin üzvlüyünə seçildi və bu hadisə dünyanın dörd bir tərəfindən mətbuatın diqqətini onun üzərinə çəkdi. |