Vikipediya Heftenin Secilmis Meqalesi 30 Hefte 2019 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 30 Hefte 2019 - Wikipedia - Haqqında Məlumat
Əhməd bəy Ağaoğlu — ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq və yazıçı. Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi” qəzetində məqalələr yazıb. O, həmçinin Ə.Hüseynzadə ilə “Həyat” qəzetinə də redaktorluq edib.
1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin Difai təşkilatını qurub. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş konqresinə prezident seçilir. Sonradan gənc türklərin "İttihad və tərəqqi" partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla İstanbul Universitetində Türk-Monqol tarixindən və rus dilindən dərs deyir. |