Vikipediya Heftenin Secilmis Meqalesi 31 Hefte 2018 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 31 Hefte 2018 - Wikipedia - Haqqında Məlumat
Bəhmənyar — Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisi, İbn Sinanın şagirdi. Doğum yeri naməlum olan filosof mənbələrdə bir qayda olaraq "əl-Azərbaycani" kimi xatırlanır və Azərbaycandan olması vurğulanır. Şagirdi Zəhirəddin əl-Beyhəqi filosofun Azərbaycandan olmasını xüsusilə qeyd edir. Bəzi mənbələr onun əvvəllər zərdüşt olduğunu, daha sonra islamı qəbul etdiyini qeyd edirlər.
Bəhmənyar Azərbaycani əksər şərq peripatetikləri kimi öz əsərlərini ərəb dilində yazmışdır. Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq fəlsəfəsi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik olan filosof həm də yetişdirdiyi dəyərli alimlərlə öz məktəbini yaratmışdır. |