Vikipediya Heftenin Secilmis Meqalesi 31 Hefte 2020 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 31 Hefte 2020 - Wikipedia - Haqqında Məlumat
Yozef Pilsudski — 1918-1922-ci illərdə Polşanın dövlət başçısı və 1920-ci ildən Polşanın Birinci Marşalı olmuş hərbi-siyasi xadim. Hərbi İşlər Naziri olaraq İkinci Polşa Respublikasının de-fakto lideri (1926-1935) hesab olunurdu. Birinci Dünya müharibəsindən sonra Polşa siyasətində güclü təsirə sahib idi və beynəlxalq miqyasda da görkəmli şəxsiyyət hesab olunurdu. 1718-ci ildə Avstriya-Macarıstan, Prussiya və Rusiya tərəfindən Reç Pospolitanın sonuncu dəfə bölünməsindən 123 il sonra, 1918-ci ildə qurulan İkinci Polşa Respublikasının atası olaraq qəbul olunur.
Özünü Reç Pospolitanın mədəni irs və ənənələrinin davamçısı olaraq görən Pilsudski çoxetnoslu Polşanı yerli etnik və dini azlıqların da daxil olduğu "xalqların bir vətəni" olduğuna inanırdı. O, eyni zamanda, Polşanın müstəqil Ukrayna və Litva dövlətləri ilə sıx birlik əlaqələri qurmalı olduğu düşüncəsini dəstəkləyirdi. Onun əsas siyasi rəqibi olan Milli Demokrat Partiyasının lideri Roman Dmovski bu yanaşmanın əksinə olaraq, Polşa krallığı ilə məhdudlaşdırılmış polyak milləti və Roma-Katolik kimliyinə əsaslanan bir Polşaya çağırış edirdi. |