Vikipediya Heftenin Secilmis Meqalesi 32 Hefte 2020 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 32 Hefte 2020 - Wikipedia - Haqqında Məlumat
Qars vilayəti — Cənubi Qafqazda, 3 mart (19 fevral Yuli təqvimi) 1878 – 14 sentyabr (1 sentyabr Yuli təqvimi) 1917-ci illərdə Rusiya İmperiyası, 14 sentyabr (1 sentyabr Yuli təqvimi) – 7 noyabr (25 oktyabr Yuli təqvimi) 1917–ci ildə Rusiya Respublikası, 22 aprel (9 aprel Yuli təqvimi) – 26 may 1918–ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qars şəhəri idi. Hazırda bu ərazi Türkiyə Respublikasının əsasən Ərdəhan və Qars illərinə, qismən isə Ərzurum ilinə və Ermənistan Respublikasının Şirak mərzinə daxildir. Erməni müəllif Bədəlyan 1953–cü ildə nəşr edilmiş "Rusiya tərəfindən birləşdirilməsindən günümüzədək Ermənistan əhalisi" adlı məqaləsində qeyd edir ki, "1886–cı ilin ailələr üzrə siyahılarından götürülmüş, Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatların yekunu"na əsasən yaşayanların sayına görə Qars vilayətinin Qars dairəsinin 14.70%–i (Ağbaba şöbəsi tamamən; Şuragel şöbəsindən Qaraməmməd və Molla Musa kənd cəmiyyətləri, həmçinin Baş Şuragel kənd cəmiyyətindən Aralıq kəndi) Ermənistan SSR–in hazırki (1953–cü il) sərhədlərinə daxil olmuşdur. |