Vikipediya Heftenin Secilmis Meqalesi 32 Hefte 2024 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 32 Hefte 2024 - Wikipedia - Haqqında Məlumat
Laynus Polinq — Amerika kvant kimyaçısı, biokimyaçısı, kristaloqrafı, molekulyar bioloqu və tibb tədqiqatçısı. O, XX əsrin ən mühüm kimyaçılarından biridir. Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildə Kimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvi kristallar və zülalların təkmilləşdirilməsində iştirak etmişdir. Onun 1953-cü ildə DNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar Ceyms Vatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur. Laynus Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparmış, əsərlər yazmışdır. Ona yerüstü nüvə tədqiqatlarına görə 1962-ci ildə Nobel Sülh mükafatı verilmişdir. |