Vikipediya Heftenin Secilmis Meqalesi 34 Hefte 2024 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 34 Hefte 2024 - Wikipedia - Haqqında Məlumat
"We Can Do It!" — İkinci Dünya müharibəsi dövründə, 1943-cü ildə C. Hovard Millerin "Westinghouse Electric"də işləyən qadın işçilərdə ruh yüksəkliyi yaratmaq üçün çəkdiyi plakat. Uzun müddət hesab edilirdi ki, plakat Ceraldin Doyl adlı miçiqanlı qadın fəhlənin ağ-qara fotoşəkli əsasında yaradılıb, lakin 2015-ci ildə məlum oldu ki, plakat 20 yaşlı Naomi Parkerin ABŞ Hərbi Dəniz Qüvvələrinin Kaliforniyadakı Alamida aviabazasında çəkilmiş fotoşəklinə əsaslanıb. Plakata İkinci Dünya müharibəsi zamanı çox az rast gəlinirdi. Plakat 1980-ci illərdə yenidən tapıldı və geniş miqyasda bir çox formalarda reproduksiya olundu. Plakat çox vaxt "We Can Do It!" adlandırılsa da, bəzən "Çəkicvuran Rozi" adlandırılırdı. 1980-ci illərdə plakat feminizm və digər siyasi məsələlərin təşviq edilməsində istifadə olunurdu. |