Vikipediya Heftenin Secilmis Meqalesi 35 Hefte 2024 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 35 Hefte 2024 - Wikipedia - Haqqında Məlumat
Vinsent van Qoq — holland postimpressionist rəssam. Yuxarı orta təbəqəyə mənsub bir ailədə dünyaya gəlmiş Vinsent ciddi, sakit və düşüncəli bir uşaq idi. Uşaqlığında şəkil çəkməklə məşğul olan Vinsent gənclik illərində tez-tez səyahət etdi və incəsənət dileri kimi fəaliyyət göstərirdi. Londona transfer olunduqdan sonra depressiyaya düşmüş, daha sonra dinə üz tutdu və cənubi Belçikada vaxtını protestant missioner olaraq keçirmişdir. Xəstə və tənha Vinsent 1881-ci ildə rəssamlığa maraq salmazdan əvvəl evinə, valideynlərinin yanına gətirilir. Gənc qardaşı Teo ona maddi baxımdan yardım göstərir və onlar uzun illər məktublaşaraq daim ünsiyyətdə olurlar. Əksəriyyəti natürmort və kəndli işçilərin təsvirlərindən ibarət olan erkən yaradıcılıq işlərində parlaq rəng tonlarının az olması onları rəssamın sonrakı rəsmlərindən fərqləndirir. 1886-cı ildə o, Parisə köçdü, Emil Bernar və Pol Qogen də daxil olmaqla, avanqard üslubun impressionizmin həssasiyyətinə qarşı çıxan bir sıra nümayəndəsi ilə tanış olur. |