Vikipediya Heftenin Secilmis Meqalesi 37 Hefte 2012 - Wikipedia
Qarayara və ya Sibir yarası (yun. anthrax mənası kömür deməkdir) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar.
Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir. Lui Paster ilk dəfə olaraq qarayara infeksiyasının spesifik profilaktikası üçün canlı peyvənd (vaksina) təklif etmişdir.
|