Vikipediya Heftenin Secilmis Meqalesi 38 Hefte 2017 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 38 Hefte 2017 - Wikipedia - Haqqında Məlumat
Adelin həyatı — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. 2013-cü ildə ekranizasiya olmuşdur. Film Jüli Maronun "Mavi ən isti rəngdir" (fr. "Le Bleu est une couleur chaude") adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar.
Festivaldan sonra rejissor filmin prokat-montaj işləri üzərində çalışmışdı (Kannda filmin iş versiyası nümayiş etdirilmişdir). "Adelin həyatının" milli və beynəlxalq prokatı 2013-cü ilin payızında başlamışdı, Fransada box-office'in ilk xətti ilə başlayan filmi ilkhəftə sonunda 260 mindən çox insan izləmişdi. Bir çox tənqidçilər Adelin həyatını 2013-cü ilin ən yaxşı filmi elan etmişdi. Keşiş 3 saat davam edən kinoteatr versiyası ilə məhdudlaşmayaraq, filmin «final montajı» olacağını da elan etmişdi. Final montaj versiyası kinoteatrlarda nümayiş olunan filmdən uzundur və orjinal filmə təxminən daha 40 dəqiqə əlavə edilmişdir. Rejissor gələcəkdə filmin sikvel versiyasının da çəkiləcəyini istisna etməmişdi. |