Vikipediya Heftenin Secilmis Meqalesi 39 Hefte 2023 - Wikipedia
Türkofobiya — türkdilli xalqlara, onların mədəniyyətinə və tarixi irsinə qarşı düşmənlik, nifrət, ayrı-seçkilik və ya qərəz hisslərini və ifadələrini təsvir etmək üçün istifadə edilən termin, etnofobiyanın istiqaməti. Bunun əksi türkpərəstlikdir.
Türkofobiya həmişə türkdilli xalqlara yox, Balkan yarımadasında yaşayan müsəlmanlara, xüsusən də boşnaklar, albanlar, pomaklar və tobeşlərə, eləcə də türk diasporuna istiqamətləndirilir. Həmçinin, indiki dövrdə türkdilli xalqların nümayəndələri Yunanıstan, Almaniya, Belçika, Bolqarıstan, Çin, Polşa, Ermənistan, ABŞ, İsveç, Danimarka, Fransa, Avstriya, İran və Rusiya kimi ölkələrdə irqçi hücumlara məruz qalırlar. Türkofobiya islamofobiya ilə yaxından əlaqəlidir. Əslində, müasir türkofobiyanın özü islamofobiyaya əsaslanır. İslamofobların türkləri hədəfləməsinin başqa bir səbəbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın islamçı siyasətidir. Türkofobların əhəmiyyətli hissəsi xristiandır və xristian milliyətçiliyi fəlsəfəsini təqib edir. Türkofoblar Türkiyəni Avropa ölkəsi hesab etmir, İstanbul şəhərinin (tarixən Konstantinopol; yun. Κωνσταντινούπολις, translit. Konstantinoupolis. lat. Cōnstantīnopolis) "gerçək sahibləri olan xristianlara geri qaytarılmasını arzulayırlar. |