Vikipediya Heftenin Secilmis Meqalesi 4 Hefte 2012 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 4 Hefte 2012 - Wikipedia - Haqqında Məlumat
Kiş kilsəsi — Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən kilsə. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında fikirlər var.
"Alban ölkəsinin tarixi" əsərində qeyd edilir ki, İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. Müasir xristian ilahiyyatçıları bu hadisənin bizim eranın 60-cı ilindən az sonraya təsadüf etdiyini bildirirlər. Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın bu ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi bu kənddəki kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınır. (Davamı...) |