Vikipediya Heftenin Secilmis Meqalesi 4 Hefte 2014 - Wikipedia
Titanik — "Uayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi.
Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç ekiz-gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1.316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1.514 nəfər həlak olmuşdur. Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3.547 olmasına baxmayaraq gəmidə 1.178 insanı xilas etdəcək sayda qayıq vardı. Qəza nəticəsində qadınların və uşaqların qayıqlara öncə mindirilməsi, ölənlər arasında kişilərin böyük bir üstünlük təşkil etməsinə səbəb olmuşdur. Titanikin hazırlanmasında dövrünə görə ən muasir texnologiyadan istifadə edilmişdir. Bir çoxları Titaniki batmaz gəmi adlandırırdı. Bu səbəbədən gəminin xarici görünüşü pozulmasın deyə qayıqlar sərnişinlərin sayına uyğun qoyulmamışdır. Gəminin batması bütün dünyada rezonans yaratdı. Peşəkar gəmi heyyəti, müasir teknika və güclü buxar mühərikkləri ilə təmin olunmuş gəminin batmasını hec kim ehtimal etmirdi. ABŞ dəniz donanmasının istehfada olan dənizçisi Robert Balardın 1985-ci ildə Atlantik okeanının 4.000 metr dərinliyində gəminin qalıqlarını tapması, uzun illərdən sonra dünya mediyasını yenidən hadisə ətrafında cəmlədi. |