Vikipediya Heftenin Secilmis Meqalesi 4 Hefte 2015 - Wikipedia
Qafqaz İslam Ordusu — Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər.
Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi. Birinci Dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Nuru Paşa rəhbərlik edirdi. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərmişdir. İnqilab nəticəsində Çar Rusiyasındakı vəziyyət haqqında rus əsirliyindən Mosula qaça bilmiş Avstriyalı bir yarbayın 6-cı Ordu komandanı Xəlil paşaın köməyi ilə baş komandan vəkili Ənvər paşa ilə İstanbulda görüşərək ona məlumatlar vermişdir. Kazan türkləri Milli İdarə rəisi Sədri Məqsudi Arsal 10 may 1918-ci ildə Osmanlı dövlətinin Moskva böyük elçisi Qalib Kəmali bəyi ziyarət etdiyi zaman Türküstanın birinci qapısının Bakı olduğunu, buranın hər tərəfdən bir anbar xüsusiyyəti daşıdığını və irəli hərəkatı üçün baza olaraq istifadə oluna biləcəyini bildirmişdi.
|