Vikipediya Heftenin Secilmis Meqalesi 40 Hefte 2012 - Wikipedia
Çəmənlikdə səhər yeməyi — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır.
Tabloda, çılpaq qadınla iki qara qeyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın isə suyun icərsində təsvir edilir. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etmişdir.Solonda rəsm əsərlərini qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı daha 3.000 tablonu salonda nümayiş etdirməkdən imtina edir. İmtinanın əsas səbəbi kimi, əsərlərin lazımi keyfiyyətdə olmaması göstərilir. III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplanırdı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başlanmışdır. O dövrə qədər Dieqo Velaskes və Fransisko Qoyya kimi ispan rəssamlardan ilham alan Mane bu tabloda İntibah dövrü rəssamlarından ilhamlanmışdır. (Davamı...) |