Vikipediya Heftenin Secilmis Meqalesi 40 Hefte 2013 - Wikipedia
Alban xaç daşları — Azərbaycan xalqının əcdadları tərəfindən yaradılmış və Azərbaycanın maddi-mədəni dəyərləri sırasına daxil olan abidələr qrupu.
Keçmişdə “böyük, şöhrətli və əhalisi sıx olan ölkə olan” Qafqaz Albaniyasının erkən xristian xatirə memarlığı və incəsənətinin təşəkkülü və inkişafı maraqlı, olduqca orijinal bir yol keçmişdir. VII–IX əsrlərdə Qafqaz Albaniyası Cənubi Qafqazın siyasi və mədəni həyatının bütün sahələrində aparıcı rol oynamışdır. Orta əsr Albaniyasında qədimdən dini və qəbirüstü simvol rolunu oynayan, həllində şaquli xatirə işarəsinin obrazı təcəssüm olunmuş çoxlu memorial abidələr (menhir, fallik obraz, qadın və kişi tanrıları və sərhəd nişanəsi) məlumdur. Bu sadə və çox yayılmış dəfn abidələri dünyanın modeli kimi qavranılırdı. Lakin onlar təkcə dünyaları birləşdirən ox deyil, həm də dirilər və ölülər dünyaları arasında sərhəd dirəyi olub, şaquli və üfüqi fəzanı təcəssüm etdirirdi. (Davamı...) |