Vikipediya Heftenin Secilmis Meqalesi 40 Hefte 2016 - Wikipedia
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında — Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. 5-21 avqust tarixləri arasında Braziliyada baş tutan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan 56 idmançı ilə 17 idman növündə təmsil olundu.
Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazandı. Azərbaycana medalları cüdo yarışlarında çıxış edən Rüstəm Orucov (gümüş) və Elmar Qasımov (gümüş), yunan-roma güləşi yarışlarında mübarizə aparan Sabah Şəriəti (bürünc) və Rəsul Çunayev (bürünc), həmçinin kanoe sprint idman növündə çıxış edən İnna Osipenko-Radomska (bürünc) və Valentin Demyanenko (gümüş), sərbəst güləşçilər Mariya Stadnik (gümüş), Nataliya Sinişin (bürünc), Hacı Əliyev (bürünc), Cəbrayıl Həsənov (bürünc), Şərif Şərifov (bürünc), Toğrul Əsgərov (gümüş) və Xetaq Qazyumov (gümüş), taekvondoçular Patimat Abakarova (bürünc), Milad Beigi (bürünc), Radik İsayev (qızıl) və boksçular Kamran Şahsuvarlı (bürünc) ilə Lorenso Sotomayor (gümüş) qazandırdı. XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanan Azərbaycan komandası medalların əyarına görə 206 dövlət sırasında 39-cu yeri, medalların sayına görə isə 15-ci yeri tutdu. Azərbaycan həmçinin avropa dövlətləri sırasında 21-ci, islam dövlətləri sırasında isə 4-cü yerdə qərarlaşdı. Azərbaycan məhz bu yarışlarda, tarixi ərzində ən çox medalı qazandı (18 medal). Həmçinin güləşçilər Mariya Stadnik və Xetaq Qazyumov Azərbaycana ardıcıl üç Olimpiya Oyunlarında medal qazandıran birinci idmançı olaraq tarixə düşdü. |