Vikipediya Heftenin Secilmis Meqalesi 40 Hefte 2024 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 40 Hefte 2024 - Wikipedia - Haqqında Məlumat
Sevil (opera) — 1949–1952-ci illərdə yazılmış lirik-psixoloji dram operası. Operanın musiqisi Fikrət Əmirov, librettosu isə Cəfər Cabbarlının "Sevil" pyesi əsasında Tələt Əyyubov tərəfindən yazılmışdır. Operanın premyerası 25 dekabr 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur. Opera 1957-ci ilin nəşrində 4 pərdəli, 1962, 1967, 1982, 1987-ci illərin nəşlərində 3 pərdəli, 1967-ci ilin nəşrində 3 pərdəli, 1976-cı ilin nəşrində 2 pərdəli olmuşdur. Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3 və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır. Müasir mövzuya müraciət edən bəstəkar opera sənətinə şəhər məişətini, yeni ifadə vasitələri tələb edən yeni mühiti gətirmişdir. Fikrət Əmirovun yaradıcılığının əsas ifadə vasitəsi olan melodiya, operanın musiqisində emosional başlanğıc rolunu oynayır. Operanın musiqi dolğunluğu, zəngin harmonik dili, orkestr rəngarəngliyi, simfonikləşmə tendensiyaları ilə diqqəti cəlb edir. Bəstəkar operada müxtəlif musiqi formalarını – ariya, ariozo, reçetativlər, ansambl və xor epizodlarını böyük sərbəstlik və ustalıqla istifadə etmişdir. Operanın musiqisində mühüm rol oynayan leytmotivlər qəhrəmanların səviyyəsində böyük əhəmiyyət kəsb edir. |