Vikipediya Heftenin Secilmis Meqalesi 42 Hefte 2011 - Wikipedia
Azərbaycan Respublikası — Avrasiyanın Qafqaz regionunda ən böyük dövlət. Cənubi Qafqazda, Avropa və Mərkəzi Asiyanın kəsişməsində olan Xəzər dənizi hövzəsində yerləşir.
Azərbaycanın dövlət müstəqilliyi 28 may 1918-ci il, şərqdə ilk demokratik və dünyəvi dövlət ölan Azərbaycan Demokratik Respublikasının qurulması tarixindən götürülür. 30 avqust 1991-ci ildə SSRİ tərkibində müttəfiq respublika statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə, 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul etdi. Sonuncu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır. Şimaldan Rusiya (Dağıstan), Gürcüstan, qərbdən Ermənistan, cənubdan İran və Türkiyə ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, Türkiyə ilə qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi Ermənistan Respublikası tərəfindən işğal edilib. Paytaxtı Bakı şəhəridir. Vaxtilə müstəqil xanlıqların paytaxtları olmuş Gəncə, Şəki, Şuşa, Bərdə, Quba, Şamaxı, Lənkəran, Naxçıvan kimi şəhərlər Azərbaycanın mühüm istisadi-mədəni mərkəzləridir.Davamı...) |