Vikipediya Heftenin Secilmis Meqalesi 42 Hefte 2013 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 42 Hefte 2013 - Wikipedia - Haqqında Məlumat
Seyid Yəhya Bakuvi — Mənşəcə Azərbaycan türklərindən olan Seyid Yəhya Bakuvi Azərbaycanın tanınmış filosof alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusudur. Bakuvi eyni zamanda xəlvətiliyin virdi olan Virdü-Səttarın müəllifidir.
Azərbaycan təsəvvüf məktəbində yetişən mütəfəkkir alim Seyid Yəhya Bakuvi və onun inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqəti XV əsrdən etibarən müsəlman aləmində böyük təsirə malik olmuş və geniş yayılmışdır. Seyid Yəhya zəngin üç dilli (türk, ərəb, fars) təsəvvüfi-fəlsəfi və ədəbi əsərləri ilə dünyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir etmişdir. Müəllif haqqında ən doğru bilgiləri, şübhəsiz ki, öz əsərləri verə bilər. Ancaq müsəlman müəlliflər, adətən əsərlərində özləri barədə az məlumat verirlər. Bəzən adlarını da yazmamaları, görünür təvazökarlıqdan irəli gəlmişdir. S.Yəhya da əsərlərində özündən çox bəhs etmir. (Davamı...) |