Vikipediya Heftenin Secilmis Meqalesi 43 Hefte 2024 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 43 Hefte 2024 - Wikipedia - Haqqında Məlumat
Azərbaycan mifologiyası — azərbaycanlıların mifoloji düşüncələr sistemi, türk xalqlarının mifologiyasının tərkib hissəsi. Azərbaycan mifoloji süjetləri və personajlarının formalaşmasında Mesopotamiya, İran və türk mifologiyalarının təsiri olmuşdur. Müxtəlif Azərbaycan mifləri öz mənşəyini "Ərgənəqon", "Oğuz", "Kitabi-Dədə Qorqud" dastanlarından və "Oğuznamə"dən götürür. Eyni zamanda, Azərbaycan mifologiyası ilə bağlı bəzi süjet və personajlarda Avesta və Gilqameş dastanı kimi Qədim Şərq ədəbi abidələrinin təsiri də müşahidə edilir. Azərbaycan mifləri yerli ritualizm, kult inancları, totemizm və şamanizmin təsirinə məruz qalmışdır. İslam dininin qəbul edilməsindən sonra (VIII–IX əsrlər), Azərbaycan xalq nağılları və miflərinə bu dinin mifologiyası ilə əlaqədar süjet və personajlar daxil olmuş, müxtəlif İslam ideyaları hekayə strukturuna əlavə edilmişdir. Azərbaycan şər varlıqları arasında cinlər İslam ənənəsinin, divlər və pərilər zərdüştlüyün, hal anası və ərdov isə şamanist ideyanın məhsuludur. |