Vikipediya Heftenin Secilmis Meqalesi 44 Hefte 2018 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 44 Hefte 2018 - Wikipedia - Haqqında Məlumat
Müqəddəs Ştefan kafedralı — (alm. Domkirche St. Stephan zu Wien), xalq arasında Steffl adı ilə də tanınır) — məşhur Ştefansplatz meydanının tam mərkəzində yerləşən (hazırda bura "Qədim Şəhər" (alm. Innere Stadt) rayonunun ərazisi sayılır) və 1365-ci ildən etibarən kafedral (yəni Baş kilsə kapitulunun olduğu yer), 1469-cu ildən 1479-cu ilə kimi yepiskop iqamətgahı və nəhayət 1723-cü ildən başlayaraq günümüzə kimi, Vyana arxiyepiskopunun mitropoliya mərkəzi olaraq fəaliyyət göstərən kilsədir.
Bəzən Avstriya paytaxtının yerli sakinləri tərəfindən kiçildici və nəvazişləndirici şəkildə "Şteffl" adlandırılan Roma-Katolik kilsəsi, qədim Vyana şəhərinin təkrarolunmaz simvolu və başlıca dini ziyarətgahı hesab olunur. Kilsə xristianlığın birinci məzlumlarından olmuş Müqəddəs Stefanın şərəfinə adlandırılmışdır. Onun ikinci himayədarı isə, övliyalar sırasına keçmiş bütün digər müqəddəslər hesab olunurlar. Planda latın xaçını xatırladan binanın ümumi uzunluğu 107 metr, eni isə 34 metrdir. Kafedral kilsə Avstriyada ən əhəmiyyətli qotika binalarından biridir. |