Vikipediya Heftenin Secilmis Meqalesi 46 Hefte 2011 - Wikipedia
Numerologiya — (latın dilində numerus - rəqəm) — rəqəmlərin təkcə riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsi.
Bütün qədim mədəniyyətlərdə "elm" və "magiya" bir-birindən ayrı tutulmayıb. Buna görə də riyaziyyat - numerologiyadan, astronomiya - astrologiyadan, tibb – xalq təbabətindən ayrılmayıb, birlikdə fəaliyyət göstərmişlər. Numerologiya qərb mədəniyyətlərində olduğu kimi, şərq mədəniyyətlərində də tətbiq edilir. Reformasiya, yeni sistemlərin tətbiqi, kapitalizm və s. "elm" və "magiya"nı bir-birindən ayırdı. Hazırda "numerologiya" sahəsinə mistik sahə kimi baxılır. Qədim Avropanın məşhur filosoflarından Pifaqor numerologiya elminin banisi hesab olunur. Bu adı filosofa Delf orakulu vermişdir. Uşaqlıqda Pifaqor kahinlərin himayəsinə verilir. Pifaqor onların yanında - mənəviyyatı bol olan məkanda boya başa çatır, orada meditasiyanı öyrənir və ulduzları sevməyə başlayır. O, qeyri-adi ideyaları, fikirləri ilə hamını heyran edir. Pifaqorun elmi 2 hissədən ibarət idi: Rəqəmlər haqqında elm və Miqdar nəzəriyyəsi. Birinci hissə özündə cəbr və musiqini, ikinci hissə isə həndəsə və astronomiyanı birləşdirirdi. O, rəqəmləri adi hesablama elementləri deyil, həyatın real ünsürləri kimi qəbul edirdi. Pifaqor deyirdi: "Rəqəmlər hər bir insanın yaradılış səbəbini, onun həyatda missiyasını, taleyini ifadə edir". Bu şifrələrin çözülməsi, aydınlaşdırılması üçün "Numerologiya" elmi yaradıldı. Hər bir elmin açarı olduğu kimi, numerologiya elminin açarı Pifaqor kvadratıdır. Pifaqor kvadratı – psixomatrisin maketidir. Bu kvadrat hər hansı bir şəxsin doğum tarixinin üzərində hesablamalar aparmaqla onun xarakteri, sağlamlığı, taleyi, gündəlik proqnozları barədə məlumat əldə etmək üçün qurulur. Davamı...) |