Vikipediya Heftenin Secilmis Meqalesi 47 Hefte 2014 - Wikipedia
Voleybol — hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan idman növüdür. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır.
Voleybol oyunu 1895-ci ildə ABŞ-da bədən tərbiyəsi müəllimi Uilyam Morqan tərəfindən yaradılıb. Uilyam Morqan bu oyunu "Mintonette" adlandırmışdı. İlk voleybol oyunu isə 7 iyul, 1895-cİ ildə təşkil olunub. YMCA (Sprinqfild Gənc Kişilər Xristian Birliyi) adlı dərnəyin üzvü olan Uilyam Mintonette oyununu gənclərin idmanla məşğul olması üçün irəlilətmiş, basketbol, beyzbol, tennis və həndbolun bəzi funksiyalarını bu oyunda bir araya gətirmişdir. Morqan toru tennisdən nümunə götürmüş və onun uzunluğunu hardasa 183 sm-ə qədər yüksəltmişdir ki, bu da orta insan boyunun bir qədər üzərində idi. Belə ki, o, tennis meydançasından istifadə edərək iş adamlarının hərəsini torun bir tərəfinə keçirmişdir. Basketbol topunun kamerindən düzəltdiyi elastik topla isə zərbə vurmaqlarını və rəqib tərəfə göndərmələrini istəmişdir. Bununla da o, çox da yorucu olmayan, əyləncə məqsədli, zədələnmələrə yol açmayan rəqabət hisli bir oyunun əsasını qoydu. |