Vikipediya Heftenin Secilmis Meqalesi 47 Hefte 2017 - Wikipedia
Uşaq nikahı — YUNİSEF-in qərarına əsasən 18 yaşına çatmamış bir şəxslə qeyri-rəsmi birliyin ya da rəsmi bağlanmış nikahın olmasıdır. Bu zaman müxtəlif mədəniyyətlər və dinlərdə, müxtəlif xalqlarda və müxtəlif dövrlərdə hansı nikahın nə üçün çox erkən hesab edilməsi barədə bənzəməyən məlumatlar tapmaq olar.
Müasir təsəvvürlərə görə uzun əsrlər boyu nikah tamamilə adi bir iş idi; din, qanun və adətlərə görə icazə verilirdi. İndi ayrı-ayrı ölkələrdə və regionlarda nikaha daxil olmanın qanunla müəyyən edilmiş minimal yaşı 18 yaşdan az təşkil edir; digərlərinə - 18 yaşdan əvvəl nikaha daxil olma valideynlərin icazəsi ilə, hamiləliklə bağlı və ya digər xüsusi hallarda icazə verilir; üçüncüsü - mədəni ənənələr və dini qayda-qanunlar rəsmi hüquq normalarından daha güclü ola bilər. XX əsrin sonu - XXI əsrin əvvəlində uşaq nikahları ən çox inkişaf etməkdə olan yoxsul ölkələrdə və aztəminatlı ailələrdə bağlanıb. Son mövcud məlumatlara görə, uşaq nikahı ən çox Afrikanın bəzi yerlərində, Cənubi, Cənub-Şərqi və Qərbi Asiya, Latın Amerikası və Okeaniyada yayılmışdır. |