Vikipediya Heftenin Secilmis Meqalesi 49 Hefte 2022 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 49 Hefte 2022 - Wikipedia - Haqqında Məlumat
Ruanda soyqırımı və ya rəsmi olaraq tutsilərin soyqırımı — hutu hökumətinin əmri ilə Ruandada yaşayan tutsilərin hutular tərəfindən 6 aprel – 19 iyul 1994-cü il ərzində kütləvi şəkildə öldürülməsi. Bu hadisə zamanı müxtəlif hesablamalara görə təxminən 500.000 və 1.000.000 arası insan həlak olmuşdur. Ölənlərin 70 faizi tutsilər idi. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. Soyqırım ruandanın siyasi elitası tərəfindən planlaşdırılıb ordu, jandarma və interaxamve, impuzamuqabi adlı xalq və dövlət tərəfindən dəstəklənən təşkilatlar tərəfindən həyata keçirilmişdir.
Kütləvi qətllər 1990-cı ildən Ruanda Vətənpərvər Cəbhəsi (RVC) ilə hutu hökuməti arasında başlamış vətəndaş müharibəsi çərçivəsində baş verirdi. Ruanda Vətənpərvər Cəbhəsinin əksəriyyəti ölkədəki tutsilərə qarşı olan təqiblərdən qaçıb Uqandaya yerləşən qaçqınlardan ibarət idi. Prezident Juvenalya Xabiarimanaya olan beynəlxalq təzyiqlər 1993-cü ildə koalisyon hökumətin qurulmasını nəzərdə tutan Aruş razılaşmasının bağlanmasına gətirib çıxardı. |