Vikipediya Heftenin Secilmis Meqalesi 51 Hefte 2013 - Wikipedia
III Böyük Mənuçöhr və ya Böyük Mənuçöhr — Şirvanşahlar dövlətinin on doqquzuncu hökmdarı, Şirvanşah I Əfridunun oğlu.
III Mənuçöhr atası I Əfridunnin 1120-ci ildə vəfat etməsindən sonra taxta çıxmışdır. 40 il hakmiyyətə olmuş III Mənuçöhr 1160-cı ildə anadan olduğu Şamaxı şəhərində vəfat etmişdir. Hadi Həsən şairlərdən Əbülüla Gəncəvi, Xaqani və Fələkinin əsərlərinə əsasən III Mənuçöhrün tam adını və titulunu müəyyənləşdirmişdir: Əbül Hüca Fəxrəddin əl-Məlik Mənuçöhr ibn Əfridun, Şirvanşah, xaqan-i Bozorg, Kəbir, yaxud Əkbər. Bu titullar yalnız onun özünə deyil, oğlu I Axsitana da aid idi. Lakin Əbül Müzəffər və Cəlaləddin titulları ancaq Axsitana məxsus olduğu kimi, Əbül Hüca və Fəxrəddin titulları da yalnız III Mənuçöhrə məxsus idi. Bakı qalasının şimal divarının uçması nəticəsində tapılmış böyük daş üzərində kufi xətlə yazılmış üçsətirlik natamam kitabədə köhnə Bakın qala divarlarının Şirvanşah III Mənuçöhr tərəfindən tikildiyi xəbər verilir. XII əsrin birinci yarısında III Mənuçöhr tərəfindən şəhər divarının çəkilməsinə dair kitabənin verdiyi məlumat Şirvan dövlətinin güclənməsilə əlaqədar şəhərlərdə böyük istehkam işləri aparıldığını göstərir. (Davamı...) |