Vikipediya Heftenin Secilmis Meqalesi 51 Hefte 2015 - Wikipedia
GRB 970508 — 8 may 1997-ci ildə, saat 21:42-də (UTC) qeydə alınan qamma şüası partlayışı (qısaca QŞP). Qamma şüası partlayışı uzaq qalaktikalarda meydana gələn və qamma şüası saçan partlayışlar və bunların ortaya çıxardığı parıltıdır. Əsasən uzun müdət davam edən "artıq parıltı" (Rentgen şüaları, ultrabənövşəyi şüalanma, infraqırmızı şüalanma, radiodalğalar) ilə müşahidə olunur.
GRB 970508 İtaliya-Hollandiya istehsalı peyk BeppoSAX-ın Qamma Şüası Partlayış Müşahidəçisi tərəfindən qeydə alınmışdır. Astronom Mark Metzqer GRB 970508-in Yerdən azı 6 milyard işıq ili uzaqlıqda qeydə alındığını bildirmişdir. Bu bir qamma şüası partlayışı üçün verilən ilk uzaqlıq statistikasıdır. Bu partlayışa qədər astronomlar GRP-ların Yerdən nə qədər uzaqlıqda baş verdiyini necə müəyyən edəcəklərinə qərar verməmişdilər. Bəzi astronomlar patlayışların Süd Yolu qalaktikasında meydana gəldiyini; amma sönük olduqları, çünki çox enerjiyə sahib olmadıqlarını düşünürdülər. Bəziləri bunun əksinin olduğunu düşünürdü. Bu partlayış partlayışların qaynağının qəti olaraq Süd Yolunun xarici olduğunu göstərmişdir. GRB 970508 həmçinin radio tezliyi halında son parıltısı müşahidə olunmuş ilk qamma partlayışı idi. Radio dalğalarının azalan-artan güclərini öyrənən Deyl Frayl radio dalğalarının demək olar ki, işıq sürətində genişləndiyini hesablamışdır. Bu, qamma partlayışlarının nisbi sürətdə genişləndiyi haqqında güclü sübut olmuşdur. (Davamı...) |