Vikipediya Heftenin Secilmis Meqalesi 51 Hefte 2016 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 51 Hefte 2016 - Wikipedia - Haqqında Məlumat
Böyük Tamara — (gürc. თამარი) və ya Tamar (d. təqribən 1160-ö. 1213) — 1184-1213-cü illərdə hakimiyyət sürmüş Gürcüstan hökmdarı. Gürcüstanın Qızıl Dövrünü idarə edib. Baqrationilər sülaləsinin üzvü olan Tamaranın təkbaşına Gürcüstanı idarə edən ilk qadın olması orta əsr gürcü mənbələrində, əsasən, Tamara üçün istifadə edilən mep'e ("kral") titulu ilə qeyd edilib.
Tamara 1178-ci ildə hakimiyyətdə olan atası III Georgi tərəfindən varis və hakimiyyət şəriki elan edildi, ancaq Georginin ölümündən sonra hökmdar səlahiyyətlərinə tamamilə sahib olduğu zaman zadəganların böyük bir müxalifəti ilə qarşılaşdı. Güclü hərbi elitaya etibar edən Tamara Qafqazda ağalıq edən imperiyanı gücləndirməkdə öz sələflərinin uğurlarını davam etdirdi və bu imperiya onun ölümündən sonrakı iki onillikdə monqol hücumları ilə tənəzzül etdi. Tamara iki dəfə ailə həyatı qurub. Birinci əri olan Böyük Vladimir Knyazlığının şahzadəsi Yuri ilə 1185-1187-ci illərdə evli olub. O, Yuridən boşanıb, onu Gürcüstandan sürgün edib və daha sonra onun dövlət çevrilişi cəhdlərinin qarşısını alıb. |