Vikipediya Heftenin Secilmis Meqalesi 52 Hefte 2012 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 52 Hefte 2012 - Wikipedia - Haqqında Məlumat
Atropatena — tarixi Azərbaycan torpaqlarının bir hissəsində mövcüd olmuş qədim dövlət. Atropatenanın ərazisi indiki Güney Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini və İran Kürdüstanının bir hissəsini əhatə edirdi.
Keçmiş Əhəməni satrapı, əslən, çox güman ki, madalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılır. Beləliklə, Midiya dövlətinin süqutundan sonra Azərbaycan ərazisində yenidən müstəqil dövlət meydana gəlir. Atropatenanın adı müxtəlif dilli mənbələrdə fərqli şəkildə qeyd edilmişdir. Bir çox müəlliflərə görə, Azərbaycan öz adını Atropatenadan almışdır. Bu sözü antik yunan və latın dilli mənbələr adı bir qayda olaraq "Atropatena" şəklində yazırlar. (Davamı...) |