Vikipediya Heftenin Secilmis Meqalesi 52 Hefte 2016 - Wikipedia
[[Fayl:|left|150px]] Milad — (ivr. חג המולד, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir.
Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi, lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdır. Həmçinin, bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərək, canlanma və inkişafa səbəb olur. |