Vikipediya Heftenin Secilmis Meqalesi 6 Hefte 2014 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 6 Hefte 2014 - Wikipedia - Haqqında Məlumat
Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Quruçayın sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 200-250 metr yüksəklikdə yerləşir.
Xocavənd rayonu ərazisində, rayonun Azıx və Salaketin kəndləri arasında, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. |