Vikipediya Heftenin Secilmis Meqalesi 6 Hefte 2015 - Wikipedia
[[Fayl:|left|150px]] Böyük saray — Fin körfəzinin cənub sahilində yerləşən "Peterhof" saray-park ansamblının əsas binasıdır. Saray Sankt-Peterburqdakı Petrodvorets rayonunun tərkibində olan federal əhəmiyyətli Peterhof şəhərinin mərkəzində yerləşir.
Bütün bina boyu, sarayın fasadı əhəmiyyətli ölçüdə uzunluğa, monumentallığa və dəbdəbəyə malikdir, onun kompozisiyası isə, ritmik şəkildə mərkəzə istiqamətlənən dəqiq müstəqil hissələrə bölünmüşdür. Bütün bunlar binaya xüsusi plastik görünüş və böyüklük hissi verir: onun mərkəzində yerləşən ən böyük, üçmərtəbəli hissəsi dar tağlar vasitəsiylə birmərtəbəli qalereya və simmetrik ikimərtəbəli fligellərlə (kilsə və gerb korpusları) əlaqələndirilir. Dənizə doğru açılan sarayın şimal fasadı silsilənin kənarı boyunca uzanır. Saray binası cənub tərəfdən öz konfiqurasiyasına görə uzadılmış "P" hərfinə bənzəyir, bu kompozisiya onun orta hissəsinin iki qonşu üç mərtəbəli bina ilə birləşməsi nəticəsində yaranmışdır. Böyük Sarayın ümumi görünüşündə fiqurlu yüksək tavan, qızıl suyuna salınmış mürəkkəb konfiqurasiyalı vaza və xüsusilə zərli günbəz başları və müxtəlif relyefli dekor əhəmiyyətli rol oynayır. Fasadların rəngi tərkibinə görə fərqlənsə də, onlarda barokko memarlığı üçün xarakterik olan elementlər - mərtəbəli tamamlanma (raskrepovka), künc daşları, pəncərələrin altında oyma hissələr, künclərdə barelyeflər, naxışlı eyvan çərçivələri istifadə olunmuşdur. (Davamı...) |