Vikipediya Heftenin Secilmis Meqalesi 7 Hefte 2024 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 7 Hefte 2024 - Wikipedia - Haqqında Məlumat
I Şah Təhmasibin Xəmsə əlyazması — 1539–1543 Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazması həm də "Xəmsə əlyazması (1539–1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır.
Əlyazması Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmasını tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli risin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmasına Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. |