Vikipediya Heftenin Secilmis Meqalesi 8 Hefte 2011 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 8 Hefte 2011 - Wikipedia - Haqqında Məlumat
Neftçala rayonu — Azərbaycan Respublikasında inzibati rayon. Neftçala rayonu Azərbaycan SSR-də inzibati rayon kimi 1940-cı il fevralın 11-də təşkil olunmuşdur. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmuşdur. Neftçala rayonu Muğan-Salyan kadastr rayonuna daxildi. Rayonda 18 inzibati ərazi nümayəndəliyi ilə bərabər, 27 bələdiyyə fəaliyyət göstərir. Rayonun inzibati mərkəzi – Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığındadır. Neftçalanın indiki adı burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır. Neftçala toponimi neft və çala sözlərindən ibarət olub "neftli çala" mənasındadır. XX əsrdə Sovet hakimiyyətinin ilk illərində Neftçala rayonu ərazisində böyük neft yataqları aşkar edildikdən sonra burada fəhlə və qullluqçular üçün Trest, Qəsəbə adlı iri yaşayış məntəqələri salınmışdır. Rayon əhalisinin sayı 80390 nəfər, əhalinin orta sıxlığı isə 1 km²-də 55 nəfərdir. Əhalinin 47,8 %-i şəhərdə, 52,2 %-i kəndlərdə yaşayır. Rayon əhalisinin 48,8 faizi kişi, 51,2 faizi qadınlardır. (Davamı...) |