Vikipediya Heftenin Secilmis Meqalesi 9 Hefte 2024 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 9 Hefte 2024 - Wikipedia - Haqqında Məlumat
Müqəddəs İsaak kafedralı — Sankt-Peterburq şəhərinin ən böyük pravoslav kilsəsi. Bina İsaakiyev meydanının tam mərkəzində yerləşir. Kafedral muzey statusuna malikdir. Bununla belə, 1991-ci ilin iyununda qeydiyyata alınmış kilsə icması burada ibadət etmək imkanını əldə etmişdir. Hazırda dini mərasimlər İsaak kafedralında çərşənbə günü istisna olmaqla həftənin bütün digər günləri keçirilir. Kafedral imperator I Pyotr tərəfindən hər zaman əziz tutulan rahib Dalmasiyalı İsaakın şərəfinə müqəddəsləşdirilmişdir, çünki imperatorun özü bu müqəddəs ilə təcəssüm etdirilən tarixdə, yəni yulian təqviminə uyğun olaraq 30 may tarixində anadan olmuşdur. Müqəddəs İsaak kafedralı "dövlət muzey abidəsi" olaraq böyük muzey kompleksinə daxildir.
Kafedral 1818–1858-ci illərdə məşhur fransız memarı Oqüst Monferranın layihəsi əsasında inşa edilmişdir; tikinti işlərinə imperator I Nikolay şəxsən nəzarət edirdi, o dövrün məşhur alman mühəndisi və xəritəçisi Karl Opperman isə inşaat komissiyasına sədrlik edirdi. |