Vikipediya Heftenin Secilmis Meqalesi Avqust 2011 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 31. Həftə
Məscid — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi.
Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər. Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur. Mehrabdan sağda bir qədər yüksəkdə minbər qurulur, oradan vaiz dindarlara xütbə oxuyur, yaxud müraciət edir. Bəzi ölkələrdə məscid yanında mədrəsə də fəaliyyət göstərir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 32. Həftə
Sadako Sasaki — Yaponiyanın Xirosima şəhərində yaşamış yaponiyalı qız.
6 avqust 1945-ci ildə Xirosima və Naqasakinin atom bombardmanı zamanı evində, partlayışın episentrindən 1,5 kilometr uzaqlıqda olan Sadako 10 ildən sonra şüalanmanın təsirindən yaranan leykemiya xəstəliyindən vəfat etmişdir. Xəstəxanada olarkən o, öz yaxın dostlarından birindən bir yapon əfsanəsini eşidir. Həmin əfsanəyə görə oriqami sənəti əsasında min kağız durna düzəldən şəxsin tutduğu bir arzu mütləq yerinə yetməlidir. Bu əfsanə Sadakoya təsir edir və o, xəstəxanadakı bəzi digər uşaqlar kimi əlinə keçən kağız parçalarından durna düzəltməyə başlayır... (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 33. Həftə
[[Fayl:|left|150px]] Müslüm Maqomayev — görkəmli opera və estrada müğənnisi, bariton, SSRİ Xalq artisti. 17 avqust 1942-ci ildə Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.
18 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 34. Həftə
"Avatar: Aanq haqqında əfsanə" (ing. Avatar: The Legend of Aang) və ya "Avatar: sonuncu hava maqı" (ing. Avatar: The Last Airbender) — ABŞ-da anime elementləri ilə yaradılmış cizgi serialı. Serialın üç sezonu Nickelodeon və Nicktoons Network kanallarında yayımlanmışdır. Onun yaradıcıları və prodüserləri - Maykl Dante Dimartino (ing. Michael Dante DiMartino) və Brayan Konietskodur (ing. Bryan Konietzko). Avatar kainatı Asiya mədəniyyəti əsasında yaradılmışdır. Serialda Şərqi və Cənubi Asiya, habelə Qərb mədəniyyətlərinin elementləri istifadə olunur. Bu da adətən ABŞ-da ayrı-ayrı kateqoriyalara aid edilən cizgi filmlərinin sintezini yaradır.
2010-cu ildə serialın birinci sezonunun əsasında "Sonuncu hava maqı" adlı film çəkilmişdir. 2012-ci ildə serialın davamı - "Avatar: Korra haqqında əfsanə" cizgi serialının başlaması planlaşdırılır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 35. Həftə
Bakı — Azərbaycan Respublikasının paytaxtı, Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzi, Xəzər dənizində ən böyük liman.
Şəhərin sahəsi - 2 430 km². Bakı Abşeron yarımadasının cənub sahilində yerləşir. Şəhər öz gədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən iri şəhərlərindən biridir. Abşeron yarımadasının əhalisinin sayı ilə birlikdə aqlomerasiyanın sayı 2 545,6 min nəfər təşkil edir. Şəhər 11 administrativ rayona və 48 məmləkətə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası 2000- ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdirlər. Bakı Azərbaycanın elmi, mədəni və sənayə mərkəzidir. Azərbaycanın bir çox iri şirkətlərinin Bakıda baş ofisləri var. Onların arasında ARDNŞ- də var, hansıki dünyanın 100 ən iri şirkətlərindən biridir.Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başlanğıc nöqtəsi Bakıda yerləşir.. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə