Vikipediya Heftenin Secilmis Meqalesi Aprel 2011 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 14. Həftə
Sonuncu şam yeməyi (Da Vinçi) — XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən, hamisi Ludovico Sforza və onun xanımı Beatrice d'Este üçün yaradılmış divar rəsmi. Rəsm əsərinin mövzusu Conun İncilində 13:21 təsvir edilmiş İsanın Axırıncı Şam Yeməyi mövzusundan götürülmüşdür. Hansı ki, İsa həmin yemək zamanı on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirmişdi. Sonuncu Şam Yeməyi (it. Il Cenacolo or L'Ultima Cena) — XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən, hamisi Ludovico Sforza və onun xanımı Beatrice d'Este üçün yaradılmış divar rəsmi. Rəsm əsərinin mövzusu Conun İncilində 13:21 təsvir edilmiş İsanın Axırıncı Şam Yeməyi mövzusundan götürülmüşdür. Hansı ki, İsa həmin yemək zamanı on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirmişdi. Sonuncu şam yeməyi əsərinin iki erkən nüsxəsi mövcuddur ki, onların da Leonardonun hansısa tələbəsinə aid olması güman edilir. Nüsxələr demək olar ki, orijinalla eyni ölçülərə malikdirlər və əsərdən fərli olaraq kağız üzərində olan erkən nüsxələrdə bəzi xırda detallar xarab olmadan, dəqiqliklə dövrümüzə çatmışdır (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 15. Həftə
Misir inqilabı (2011) — ərəb ölkələrindəki ümumi antihökumət nümayişlərinin mühüm tərkib hissəsidir. Nümayişlər və aksiyalar Qahirə, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilmişdir. Nümayişçilərin ən fəal olduğu yer Qahirənin mərkəzindəki Təhrir meydanı olmuşdur. Onlar Misiri 30 ildən artıq bir müddətdə idarə edən Məhəmməd Hüsnü Mübarəkin hakimiyyətdən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb etmişlər. 17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarək istefa verdi, konstitutsiyanın fəaliyyəti dayandırıldı, parlament buraxıldı. Hakimiyyət Ali Hərbi Şuraya keçdi.
Ölkədə siyasi hüquqların olmaması, insan haqqlarının tapdalanması və fərqli düşüncənin qəbul edilməməsi əhalinin hakim rejimə qarşı nifrətini artırırdı. Misirdə başlamış iğtişaşaların əsas səbəbi həm də Mübarəkin 30 illik aramsız hakimiyyətə malik olması, işsizlik, əhalinin sosial haqqlarının qorunmamamsı kimi amillərin də böyük rol oynaması qeyd edilir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 16. Həftə
Göy məscid (Təbriz) — Təbriz şəhərində yerləşən məhşur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri.
Abidədə yüzilliklərin yetkinləşmiş bədii memarlıq üslubu, məscid planının ustalıqla hazırlanması, kompozisiya kamilliyi, Azərbaycan memarlığında geniş yayılmış motiv və formaların yüksək bədii tərzdə yaradılması, zəngin memarlıq bəzəyindəki nəfislik əks olunmuşdur. Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalıq şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir. XV əsrdə Təbriz özünün memarlıq – planlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. Qaraqoyunlu və Ağqoyunlu hökmdarları – Cahanşah Həqiqi (1438–1467), Uzun Həsən (1453–1478) və Sultan Yaqub (1478–1490) bu zaman Azərbaycanın paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər.(Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 17. Həftə
Midiya — e.ə. 728-ci ildən - e.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya. Dövlət ilkin dövrdə tarixi Azərbaycan ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.
Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri — madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir. Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə